Göyçayda ər-arvad amansızlıqla qətlə yetirilib
Göyçay rayonunda bir ailənin iki üzvü amansızlıqla qətlə yetirilib. APA TV-nın məlumatına görə, hadisə Göyçay şəhərinin Xətai küçəsi, 22 ünvanında yerləşən mənzildə baş verib. Qonşular bu gün saat 16:00 radələrində ev sahibi Quliyev Ağasəf Xəlil oğlunun və onun həyat yoldaşı Quliyeva Afət Əfəndi qızının meyitlərini yaşadıqları mənzildən tapıblar. Onlar dərhal Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Ər və arvadın qan içində olan meyitləri rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Təxminən 60-70 yaşlarında olan qadın və kişinin üzərində çoxsaylı xəsarətlər və zorakılıq əlamətləri aşkar edilib, evdəki əşyaların dağıdıldığı məlum olub. Ailə üzvlərinin nə vaxt, necə və hansı səbəbdən öldürüldüyü hələlik məlum deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı