Krımın hava məkanı bağlı elan olundu, BMT Ukraynanı dəstəkləyir
Krımda gərgin vəziyyət davam edir. Simferopol aeroportunda bütün reyslər təxirə salınıb. Bunun səbəbi açıqlanmasa da, Krımın hava məkanının şənbə günü axşam saatlarına kimi bağlı olacağı bildirilir.
BMT Təhlükəsizlik Şurasının üzvləri Ukraynanın suverenliyi, birliyi və ərazi bütövlüyünü dəstəkləyiblər. Təhlükəsizlik Şurasına sədrlik edən Litvanın BMT-dəki daimi nümayəndəsi Raymond Murmokayte bildirib ki, Ukraynaya dəstək qərarı qurumun fövqəladə toplantısında qəbul olunub. Qapalı keçirilən toplantıda BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Oskar Fernandes-Taranko Ukraynadakı vəziyyət barədə məlumat verib. Təhlükəsizlik Şurasının üzvləri Ukraynada bütün siyasi oyunçuları təmkin nümayiş etdirməyə və siyasi dialoqa çağırıblar.
OXŞAR XƏBƏRLƏR
17:21
761
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
808
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
779
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1262
Niderlanda yeni səfir təyin edildi
18:28
1116
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1999