Saxlanan şəxs: "Ölən əmimin narkotikini ağrıkəsici kimi istifadə edirəm"
Salyan polisi narkotik vasitədən istifadə edən rayon sakinini saxlayıb. APA TV-nin xəbərinə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, 24 yaşlı Əvəzağa Vaqif oğlu İbrahimov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilib.
Üzərindən 21 qram tiryək aşkar edilən Əvəzağa İbraimov mərhum əmisinə məxsus olan narkotikdən ağrılarını kəsmək üçün istifadə etdiyini bildirib.
Faktla ağlı Salyan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinə başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:19
1014
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
896
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1578
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1169
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1167
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
456