Keçmiş məhkumdan silah tapıldı
"Düşmənim yoxdur, silahı yoldan tapmışam".
Bunu polisə ifadəsində təqsirləndirilən şəxs Zaur Cəlili deyir. Onun sözlərinə görə, yolda gedərkən ayağına "Makarov" tipli tapanca ilişib. Sumqayıt şəhər Polis İdarəsindən APA TV -yə verilən məlumata görə, əməliyyatçılar "Aran" kafesinin qarşısında tanımadığı şəxslərlə mübahisə edən şəhər sakini Zaur Cəlilini şübhəli şəxs qismində saxlayıblar . Əvvəllər məhkum olunmuş Cəlilinin üzərinə baxış zaman, ondan bir ədəd "Makarov" tipli odlu silah və 2 güllə darağı tapılıb.
Müstəntiq Cabir Bağırovun sözlərinə görə, təqsirləndirilən şəxsdən aşkarlanan silahın səsboğucusunun olması istintaqın diqqətini cəlb edib. Maddi sübut yoxlanılması üçün ekspertizaya göndərilib. Faktla bağlı qanunsuz odlu silah gəzdirmə maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib