Bakıda Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya yaradıldı
Bakıda Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya yaradılıb. 9 ölkənin gənc liderlərinin qatıldığı bu birlik ümumi təşəbbüs əsasında qurulub. APA TV-nin xəbərinə görə, təqdimatda çıxış edən ASAİF-in sədri Ramin Həkimov bildirib ki, koalisiya üzləri olan 14 nəfərlik qrup Bakıda səfərdədir. Beynəlxalq Koalisiyaya Böyük Britaniya, İtaliya, İspaniya, Ukrayna, Litva, Türkiyə, İsrail, Vyetnam və Rumıniya daxildir. Birliyin yaradılmasında məqsəd cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinin həllinə müəyyən mənada nail olmaqdır: "Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya çərçivəsində hər ölkədən olan gənc liderlər Azərbaycanla bağlı həqiqətləri öz cəmiyyətlərinə çatdıracaqlar. Misal üçün deyim ki Rumuniya və ya İsraildən olan təmsilçilər hər hansı bir beynəlxalq tədbirdə Azərbaycan haqqında danışanda artıq bizdən əvvəl ölkəmizin həqiqətlərini dünyaya çatdıracaqlar. Bu isə bizim üçün əhəmiyyətli bir uğur olacaq, çünki artıq həqiqətlərimiz bizim dilimizdən deyil digər ölkə təmsilçilərinin dilindən eşidiləcək".
Birlik üzvləri arasında müxtəlif ölkələrdən olan tədqiqatçılar, professorlar, siyasətçilər var.Türkiyə təmsiçlisi Əmrə Ustaoğlu deyib ki, burada olmalarının səbəbi Azərbaycana Türkiyədən dəstək göstərməkdir.
Koalisiya üzvlərinin Bakıya səfəri fevralın 28-də başa çatır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib