Naməlum silahlılar Krım parlamenti və hökumətinin binasını ələ keçirdi!
Bu gün səhər saatlarında naməlum silahlı şəxslər Krım hökuməti və parlamentinin binasını ələ keçiriblər. Krım Tatar Məclisinin sədri Refat Çubarov binanı ələ keçirən şəxslərin uniformada olduğunu deyib. Hələlik hökumət binalarını ələ keçirən şəxslərin kimliyi, hadisənin motivləri məlum deyil. Hökumət və parlament binasını ələ keçirən şəxslər heç bir tələb irəli sürməyiblər. Parlament rəhbərliyi Krım sakinlərini mümkün qədər dövlət binalarından uzaq durmağa çağırıb. Hazırda Simferopol şəhərinin mərkəzi güc strukturları tərəfindən dövrəyə alınıb. Binaların ətrafına nəqliyyat və piyadalar buraxılmır. Ukraynanın daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov bildirib ki, Krımda hökumət binalarını ələ keçirən şəxslər avtomat və pulemyotlarla silahlanıblar. Avakovun göstərişi ilə Krımda dislokasiya edilmiş daxili qoşunlarda bir nömrəli hazırlıq vəziyyəti elan olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib