ATƏT sədri: "Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdənidir”
“Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir”.
Bunu İsveçrə xarici siyasət idarəsinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib.
O bildirib ki, bu ilin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə olub. Sədr beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib: SİTAT “Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm də Gürcüstanda ABŞ-ın ən yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti və prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür”. SİTATIN SONU
Didye Burkhalter amerikalı həmsədr Ceyms Uorlikin fəaliyyətini yüksək qiymətləndirib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib