Ukraynada prezident olmaq istəyənlər - SİYAHI
Ukraynada növbədənkənar prezident seçkisi - kampaniyanın ilk mərhələsi başlayıb. Təqvimə görə, fevralın 24-dən martın 30-dək namizədlər irəli sürülməlidir. Sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunmasının son müddəti aprelin 4-dür.
Namizədin qeydiyyatdan keçməsi üçün 2,5 milyon qrivna (təqribən 220 min manat) seçki girovu qoyulmalıdır.
APA TV-nin korrespondent.net saytına istinadən yaydığı xəbərdə prezident seçkisində iştirak edəcək potensial namizədlər sırasında UDAR Partiyasının lideri Vitali Kliçkonun, xalq hərəkatının öncül şəxslərindən olan biznesmen Pyotr Poroşenkonun, “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yatsenyukun, Azadlıq Partiyasının sədri Oleq Tyaqnibokun adları çəkilir.
Xarkov vilayətinin qubernatoru Mixail Dobkin də namizədliyini irəli sürəcəyini bəyan edib.
Növbəti hökumətdə baş nazir olmaq istəmədiyini açıqlayan Yuliya Timoşenkonun da seçkilərə qatılması gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib