Ukrayna hökuməti SAAKAŞVİLİYƏ YÜKSƏK VƏZİFƏ təklif etdi
Ukraynanın yeni hakimiyyəti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə yüksək vəzifə təklif edib. APA TV-nin məlumatına görə, bu barədə Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində deyib. SİTAT: “Mənə həm açıq şəkildə, həm də şəxsi söhbətlərdə Ukrayna hökumətində yüksək vəzifələr təklif etdilər, amma təbii ki, mənim belə planlarım yoxdur. Mənim ürəyim Ukraynada olsa da, cismim Gürcüstandadır”. Saakaşvili yeni hökumətə məsləhətləri ilə kömək edə biləcəyini deyib: “Lakin onlar bizim edə bilmədiyimizi etməlidirlər, yəni, sürətlə islahatlara başlamaq lazımdır. Gürcüstan üçün çox darıxıram, lakin bir çox səbəblərə görə ABŞ-a getmək qərarına gəlmişəm”. Xatırladaq ki, Mixail Saakaşvili dünən Ukrayna mətbuatına verdiyi müsahibədə Rusiyanın Abxaziya və Cənubi Osetiyada həyata keçirdiyi ssenarini Krımda təkrarlayacağı ilə bağlı xəbərdarlıq edib.
OXŞAR XƏBƏRLƏR
17:21
861
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
906
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
872
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1267
Niderlanda yeni səfir təyin edildi
18:28
1123
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2004