ABŞ səfirindən XOCALI BƏYANATI
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb. APA TV-nin xəbərinə görə, səfirliyin "Facebook" sosial şəbəkədəki rəsmi səhifəsində yayılan bəyanatda deyilir ki, ABŞ Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayır: "İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər ”.
Səfir qeyd edib ki, ABŞ Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir.
OXŞAR XƏBƏRLƏR
17:21
862
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
907
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
873
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1267
Niderlanda yeni səfir təyin edildi
18:28
1123
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2004