Heydər Əliyev Fondunun yeni proqramının təqdimatı olub
Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Mehriban Əliyeva mərasimdə çıxış edərək, Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi proqramlardan danışıb. O, Fondun yeni layihəsinin əhəmiyyətini qeyd edib.
Sonra proqramın təqdimatı olub.
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış ediblər.
Mehriban Əliyeva sonda bildirib ki, Heydər Əliyev Fondunun indiyədək həyata keçirdiyi digər proqramlar kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurlu olacaq.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib