Penitensiar Xidmətin əməkdaşları Xocalı şəhidlərini andılar
Ədliyyə Nazirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib. Tədbirə Ədliyyə Nazirliyinin müxtəlif strukturlarının əməkdaşları qatılıblar. APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib ki, tədbir ədliyyə naziri Fikrət Məmmədovun göstərişi əsasında təşkil olunub. Faciənin səbəb və nəticələrindən danışan xidmət rəisi bildirib ki, bu soyqırımı tarixin qanlı səhifəsi olmaqla yanaşı, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş, qəddarlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmiş qətliamdır.
Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş “Xoca” bədii filminə tamaşa ediblər.
OXŞAR XƏBƏRLƏR
17:21
905
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
952
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
918
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1271
Niderlanda yeni səfir təyin edildi
18:28
1127
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2009