Məşhur şair-publisist TOFİQ ABDİN VƏFAT EDİB
Şair, tərcüməçi, publisist Tofiq Abdin vəfat edib. Tofiq Abdin fevralın 24-də gecə ürək tutmasından dünyasını dəyişib.
O, 1941-ci ildə Salyanın Qırımızkənd kəndində anadan olub.
1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddət "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliğiylə məşğul olub.
Daim gənc yazarlarla ünsiyyətdə olan Tofiq Abdin uzun illərdir, dövrü mətbuatda müntəzəm çıxış edir.
2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib