Xaçmazda çayxana yandı
Xaçmazda yanğın olub. Hadisə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 49 yaşlı İsmayıl Mirzəyevə məxsus çayxanada qeydə alınıb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 100 kv.m olan tikilinin yanar konsturksiyaları, dam örtüyü və içindəki avadanlıq tamamilə yanıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
APA TV-nin xəbərinə görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
904
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
951
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
918
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1271
Niderlanda yeni səfir təyin edildi
18:28
1127
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2009