Türkiyədə qəribə oğurluq baş verib
Türkyədə maraqlı oğurluq faktının üstü açılıb. İstanbulda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Vəli Çiftçi 5 ay əvvəl 1963-cü il istehsalı olan retro avtomobilinin qaçırılması ilə bağlı polisə şikayət edib. Avtomobil sahibinin özü də polislə bərabər maşının axtarışlarına başlayıb. O, Ankara və İstanbul kimi böyük şəhərlərdəki həmkarlarından yardım istəyib. Nəhayət, 5 ay sonra Ankaradakı dostlarından biri ona Zonquldaq bölgəsindən olan bir nəfərin 1963-cü il istehsalı olan avtomobilin hissələrini satmaq istədiyini xəbər verib. İşə polis də qoşulub və avtomobil tapılıb.
Ən maraqlısı isə avtomobilin ötən beş ay ərzində harada saxlanılmasıdır. Məlum olub ki, avtomobili oğurlayan şəxs onu tikilməkdə olan ikimərtəbəli binanın zirzəmisində dörd tərəfini daşla hördüyü yerdə saxlayıbmış. Polis əməkdaşları divarı dağıtdıqdan sonra avtomobili oradan çıxara biliblər.
Maşın sahibinə təhvil verilib, oğurluğu törətməkdə təqsirli bilinən şəxs isə saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib