Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə təlim keçib
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə Qars bölgəsindəki Ağbaba poliqonunda «Qış-2014» təlimi keçirilib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında yer alan məlumata görə, iki gün davam edən təlimdə hər iki ölkənin bölmələri tərəfindən birgə praktik atışlar reallaşdırılıb.
Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birlikləri və şəxsi heyəti arasında dostluq əlaqələrini gücləndirmək, birliklərin qarlı və şiddətli soyuqlarda döyüş imkan və qabiliyyətlərini sınaqdan çıxarmaq, qış şərtlərində ərazidə yerləşmə, iaşə, geyim, təchizat və baxım fəaliyyətlərini öyrənməkdir. Təlimə 85-i Azərbaycandan olmaqla 1714 nəfər qatılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
940
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
991
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
958
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1271
Niderlanda yeni səfir təyin edildi
18:28
1127
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2013