“Xocalı soyqırımına görə 39 nəfər cinayət məsuliyyətinə cəlb olunacaq” - QƏRAR
Hərbi Prokurorluqda 1988-ci ildən qanunsuz erməni hərbi birləşmələri, sonrakı dövrdə erməni silahlı qüvvələrinin törətdiyi cinayətlər araşdırılır. APA TV-nin xəbərinə görə, hərbi prokuror Xanlar Vəliyev deyib ki, yalnız Xocalıda baş verən soyqırımı ilə bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb. Bu şəxslərin içərisində keçmiş SSRİ-nin 366-cı alayının komandir-zabit heyəti də var. O qeyd edib ki, Hərbi Prokurorluqda 3 istiqamət üzrə cinayətlərin istintaqı aparılır: "Birinci istiqamət Xocalı, Quşçular, Bağanis-Ayrım və digər yaşayış məntəqələrində törədilmiş soyqırımlarla bağlıdır. İkinci istiqamət erməni silahlı birləşmələri və Ermənistan xüsusi xidmət orqanları tərəfindən nəqliyyat vasitələrində, Bakı Metropolitetində həyata keçirilmiş terror cinayətləri ilə bağlıdır. Üçüncü istiqamət isə mülki əhaliyə hücum nəticəsində əsir və girov düşmüş insanlara qarşı törədilmiş işgəncə cinayətləri ilə bağlı aparılan istintaqdır".
Onun sözlərinə görə, ümumilikdə, bu üç istiqamətdə aparılan istintaq nəticəsində 2089 şəxsin cinayət törətdiyi məlum olub. Hərbi proukoror vurğulayıb ki, istintaq beynəlxalq konvensiyalar nəzərə alınaraq aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib