Rusları "döydük"
Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunda Azərbaycanın "Baku Fires" klubu Rusiya komandası ilə qarşılaşıb. APA TV-nin şimal bürosunun məlumatına görə, ev qarşılaşmasında komandamız qələbə qazanıb. “Baku Fires” komandası Rusiya kollektivini 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü 49 kq. çəki dərəcəsində mübarizə aparan Xamza Nametov Bator Saqaluyevi məğlub edib. Hakimlərin qərarına əsasən, Xamza Nametov 2:1 hesabı ilə qalib gəlib. 56 kq. çəkidə Məhəmməd Qurbanov Nikita Fedorçenko ilə üz-üzə gəlib və üstün tərəf olub. 64 kq. çəki dərəcəsində döyüş Heybətulla Hacəliyevlə Maksim Dadaşev arasında keçirilib. Bu döyüşdə Rusiya idmançısı üstün olub. 75 kq. çəki dərəcəsində isə Nikolay Veselov-Pyotr Xamukbov qarşılaşmasında rusiyalı idmançı 0:3 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib. Sonuncu həlledici döyüşdə isə 91 kq. çəkidə bokçumuz Abdulqadir Abdullayev Aleksey Yeqorovu məğlub edərək “Baku Fires”ə qələbə qazandırıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib