Aurelia Qriqoriu: "ERMƏNİLƏRİ MÜHAKİMƏ ETMƏK ÜÇÜN KİFAYƏT QƏDƏR SÜBUT VAR"
Azərbaycanda olan bir neçə ölkənin nümayəndəsi Quba məzarlığını ziyarət edib. APA TV-nın şimal bürosunun məlumatına görə, “Quba Memorial Kompleksin”də Belarus, Türkiyə, Ukrayna, İsrail, Moldovadan olan qonaqlara ermənilərin azərbaycanlılara, eləcə də bu regionda yaşayan digər xalqlara qarşı törətdikləri soyqrım barədə ətraflı məlumat verilib. Moldovanın ombudsmanı xanım Auriliya Qriqoriu bildirib ki, azərbaycanlılara qarşı törədilən soyrqımı faktları tanınmalıdır. Onun fikrincə, bu sübutlardan istifadə etmək lazımdır. Xanım Qriqoriu bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı faktları barədə Azərbaycan dövlətinin erməniləri beynəlxalq səviyyədə mühakimə etmək, həm də xüsusi tribunalda mühakimə etmək üçün kifayət qədər dəlili var. İsrail-Azərbaycan beynəlxalq təşkilatının nümayəndəsi Atiye Qut bildirib ki, bütün dünyaya Xocalıda baş verənlər barədə ətraflı məlumat verilməlidir.
Qeyd edək ki, ziyarət “Xocalıya ədalət” kompaniyası çərçivəsində təşkil olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib