Toydan qayıdarkən qəza törətdi
Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Xaçmaz yolunun 3-cü kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini 24 yaşlı Əhmədov Mədət Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın Quba istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq meyvə bağına girib və aşıb. Qəza nəticəsində sürücü və maşındakı sərnişin Quba rayonunun Bağbanlı kənd sakini, 44 yaşlı Piroğlanov Asif Azər oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə onlar toydan qayıdarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
995
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1039
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1006
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1273
Niderlanda yeni səfir təyin edildi
18:28
1129
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2015