Azərbaycanda yol çəkən İtaliya şirkətinin FƏALİYYƏTİ DAYANDIRILIB
"Azəryolservis ASC" ölkənin magistral yollarında tikinti işləri aparan xarici şirkətlərdən birinin fəaliyyətini dayandıraraq, yenidən tender elan edib. Buna tikinti işlərinin gecikməsi səbəb olub".
APA Tv-nin xəbərinə görə, bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov deyib: "Son olaraq, 31 km yolumuz qalıb. Bunun üçün də yaxın günlərdə yeni tender elan edəcəyik. Həmin ərazidə İtaliyanın "Todinio" şirkəti tikinti işləri aparırdı. Lakin onlar ərazidə işləri ləngitdiyinə görə, işi geri aldıq və yerli şirkətlər arasında yenidən tender elan etdik. Tenderin qalibi "Azərinşaat"dır".
Cavid Qurbanov bildirib ki, əvvəllər yolların salınması, yenidən qurulması və infrastrukturun yaradılması zamanı razılaşdırılma yox idisə, son vaxtlar bu məsələdə böyük irəliləyiş əldə olunub: "Kommunikasiya xətlərinin çəkilişi zamanı avtomobil yollarının asfalt-beton örtüyünün dağılması avtomobil yollarının zədələnməsinə səbəb olur və bərpa üçün əlavə xərclər tələb edir. Biz artıq həm "Azərsu", həm də "Azəriqaz"la razılaşdırılmış iş aparırıq".
Fevralın 22-si Yol işçilərinin peşə bayramı günüdür. "Azəryolservis” ASC-nin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib