Üç ailənin məskunlaşdığı mənzil yandı
Şəkinin Öryət kəndində yanğın olub. Kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 450 kv/m olan, Nəcəfov Araz Abdulla oğlunun, Tovşanova Məhəmməd Mərdalı oğlunun və Azalova Nəsibə Zeynulla qızının ailələrinin yaşadığı yataqxana binası yanıb. APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 450 kv/m-lik ərazisi olan binanın 120 kv/m-lik ərazisi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. 2 ailə müəyyən əşyalarını yanğından xilas edə bilsə də, bir ailənin bütün əşya və sənədləri yanaraq külə dönüb. Havanın küləkli olması səbəbindən yanğın binanın ətrafındakı kol-kos sahəsinə də keçib. Yanğın nəticəsində binada yaşayanlardan bir nəfər əl və üzündən yüngül yanıq xəsarəti alıb.
Yanğın baş verən bina sovetlər dövründə kəndin uşaq bağçası olub. Fakla bağlı FHN-nin Şəki rayon DYMX-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib