ASAN və ADU arasında Niyyət Protokolu
Universitet tələbələri ASAN xidmətdə təcrübə keçəcək. Bununla bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti arasında Niyyət Protokolu imzalanıb. APA TV-nin xəbərinə görə, protokolu Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov imzalayıb. Agentliyin rəhbəri İnam Kərimov bildirib ki, məqsəd Dillər Universitetində yeni informasiya texnologiyalarının, proqram təminatının və innovativ həllərin tətbiqinin həyata keçirilməsi, universitet tələbələrinin Agentlikdə təcrübə keçməsi və Agentlik əməkdaşlarının əlavə təhsilidir: "O cümlədən, həm Agentlik, həm də Universitet tərəfindən əməkdaşlığın genişləndirilməsi və agentlik işçilərinin Dillər Universitetində təcrübə keçməsi, öz biliklərini artırması imkanları yaradacaq".
Səməd Seyidov isə bildirib ki, bu sənədin imzalanması tələbələrin iştirakı ilə müasir cəmiyyətin formalaşması, informasiya kommunikasiya texnologiyalarından bütün sahələrdə istifadə imkanlarının əldə edilməsi və bu xidmətlərdən vətəndaşların istifadəsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib