"Xocalı - Əsrin Faciəsi"
Bakıdakı 307 saylı orta məktəbdə "Xocalı - Əsrin Faciəsi" adlı tədbir keçirilib. APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə məktəbin təlim tərbiyyə üzrə direktor müavini Nüşabə Xəlilova açaraq, Xocalı faciəsi haqqında məlumat verib.
Daha sonra məktəbin direktoru İqbal Kərimov uşaqlara bu faciənin dəhşətlərindən söz açıb.
İbtidai sinif şagirdləri də Xocalı faciəsindən, bu faciənin xarici mətbuatda işıqlandırılmasından danışıblar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş mahnılar səsləndirilib, şerlər deyilib, faciəyə həsr olunmuş səhnəciklər göstərilib.
OXŞAR XƏBƏRLƏR
17:21
1028
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1064
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1030
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1277
Niderlanda yeni səfir təyin edildi
18:28
1134
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2020