Sabirabadda "AVTOŞ"LARIN YARIŞI QƏZA İLƏ NƏTİCƏLƏNDİ
Sabirabadda avtoxuliqanlıq edən gənclər ağır qəza törədiblər. Hadisə Hacıqabul-Bəhramtəpə magistralında yerləşən Muğan prospektində qeydə alınıb.
Sabirabad sakinləri "VAZ 2106" və "VAZ 21074" markalı avtomobillərlə yüksək sürətlə ötüşərkən qəza törədiblər. Hər iki avtomobilin aşması nəticəsində Sabirabad sakinləri - 1993-cü il təvəllüdlü İbişov Yadigar Arif oğlu və 1994-cü il təvəllüdlü Güləliyev Babək Gülabbas oğlu xəsarət alaraq, Sabirabad şəhər xəstəxanasına yerləşdirilib. Sürət həddi o qədər yüksək olub ki, qəza nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb və vətəndaşın hasarını dağıdıb.
APA TV-nin xəbərinə görə, sürücülərin adlarını dəqiqləşdirmək mümkün olmayıb. Faktla bağlı Respublika Baş Dövlət Yol Nəqliyyat İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib