Bərdədə güclü yanğın, 2 NƏFƏR ZƏHƏRLƏNDİ
Bərdə rayonun Şirvanlı kəndində, yaşayış evində yangın baş verib. APA TV xəbər verir ki, küləkli hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub. Kənd sakini Fəvvarə Bagırovaya məxsus dörd otaqdan ibarət birmərtəbəli evdə güclü yangın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yangınsöndürən briqadası cəlb olunub. Alovun qonşu binalara keçirməsinin qarşısı alınıb. Hadisə zamanı yanıq xəsarətləri alan olmasa da, iki nəfər - Faiq Əliyev və Emin İsmayılov zəhərlənərək, xəstəxanaya yerləşdirilib. Yanğının səbəbləri dəqiq bilinmir. İlkin ehtimala görə, elektrik naqillərində baş verən qısaqapanma yanğına səbəb olub.
OXŞAR XƏBƏRLƏR
17:21
1028
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1064
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1030
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1277
Niderlanda yeni səfir təyin edildi
18:28
1134
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2020