Ucarda vəhşi heyvanlar mal-qara sürüsünə hücum edib
Ucar rayonunda vəhşi heyvanlar əhalinin asas gəlir mənbəyi olan mal-qaraya hücum edib. Rayonun Alpout kəndində kənd sakini Allahverdi Səvxanovun xırdabuynuzlu heyvanları günorta saatlarında otlaq sahəsində vəhşi heyvanların hücumuna məruz qalıb.
APA TV xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, təkcə bu il 30 başdan çox iri, 40-50 baş da xırdabuynuzlu heyvanı vəhşi heyvanlar parçalayıb. Əvəllər vəhşi heyvanları gecələr görmək olurdusa, indi gündüzlər də gəlir.
Hadisədən sonra Ucar Rayon Baytarlıq idarəsinə məlumat verilib. İdarə əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə yandırılaraq basdırılıb.
İdarə rəisi sakinləri iri və xırda buynuzlu heyvanları, sahibsiz otlaq sahələrinə buraxmamağı tövsiyə edib.
OXŞAR XƏBƏRLƏR
17:21
1028
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1064
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1030
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1277
Niderlanda yeni səfir təyin edildi
18:28
1134
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2020