Suriya-Türkiyə sərhədində partlayış: 24 ÖLÜ, 46 YARALI
Suriyanın Türkiyə ilə sərhədindəki Əssəlamə keçid məntəqəsi yaxınlığında güclü partlayış baş verib. APA TV-nin məlumata görə, hadisə nəticəsində azı 24 nəfər ölüb.
Partlayışdan sonra Türkiyənin Kilis şəhərinə 46 yaralı gətirib. Yaralıların hamısı Suriya vətəndaşıdır. Partlayış Hələb şəhəri də daxil olmaqla, Suriyanın müxtəlif bölgələrindən Türkiyəyə qaçmaq istəyənləri daşıyan avtobusun yaxınlığında törədilib. Terror aktı partlayıdı quraşdırılmış avtomobil vasitəsilə törədilib.
Hadisənin "Əl Qaidə" ilə bağlılığı olan İraq və Levaanta İslam Dövləti terror təşkilatı tərəfindən törədildiyi güman edilir. Bu qruplaşma bölgəni tam nəzarəti altına almağa çalışır və Azad Suriya Ordusu ilə qruplaşmanın silahlıları arasında tez-tez toqquşmalar baş verir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib