Anası və arvadı ilə dalaşan Ağdam sakini EVİNİ YANDIRDI
Ağdammda yanğın hadisəsi qeydə alınıb. Məcburi koçkünlər üçün salınan "Dördyol-1" qəsəbəsində yaşayış evi yanaraq, külə dönüb. Nə qədər qəribə olsa da, hadisəyə ev sahibi özü səbəb olub. Belə ki, ailədaxili münaqişə zəminində anasına və həyat yoldaşına hirslənən Sarvan Nəbiyev evini yandırıb.
Sərxoş vəziyyətdə olan ər əvvəlcə həyat yoldaşı ilə sonrada anası ilə dalaşıb. Arvadını və anasının evdən qovan Sarvan Nəbiyevin hirsi bununla da soyumayıb və evə od vurub. Qonşuların və qəsəbə sakinlərinin cəhdlərinə baxmayaraq, alovun qarşısını almaq mümkün olmayıb. APA TV-nin xəbərinə görə, sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib.
Hadisəni torətməkdə şübhəli bilinən şəxs Ağdam Rayon Poliş Şöbəsinin əməkdaşları tərəfindən saxlanılsa da, daha sonra sərbəst buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib