Qazaxıstan spikeri Bakıda
Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatullin Azərbaycana rəsmi səfərə gəlib. APA TV-nin xəbərinə görə, Nurlan Niqmatullini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və Qazaxıstanın ölkəmizdəki səfiri qarşılayıblar. Hava limanında jurnalistlərə açıqlama verən Nurlan Niqmatullin bildirib ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır: "Əlaqələrimizin kökü qədim tarixə dayanır. Biz Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq günü-gündən inkişaf edir. Mən birinci dəfədir ki, Azərbaycana səfər edirəm. İnanıram ki, bu səfərim ölkələrimiz üçün xeyirli olacaq".
N.Niqmatullin bildirib ki, səfər çərçivəsində ölkələrimizin parlamentləri arasında əməkdaşlığa dair saziş imzalanacaq. Eyni zamanda ikitərəfli münasibətlərin daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan MM-in sədri Oqtay Əsədov da Qazaxıstana bu il ərzində səfərə dəvət olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib