Azərbaycanın Ukraynadakı səfirliyi: ADİ QAYDADA İŞLƏYİRİK
Azərbaycanın Ukraynadakı səfirliyi adi qaydada işləyir. Azərbaycan vətəndaşlarının iğtişaşlarda iştirakı, yaxud da onların yaralanması haqda səfirliyə məlumat daxil olmayıb. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib. O bildirib ki, səfirlik adi qaydada işləyir, səfirliyin bütün əməkdaşları iş yerindədir.
Səfirlik binasının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məsələyə toxunan diplomat qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin digər səfirliklərdə olduğu kimi öz təhlükəsizlik xidməti var. Asim Osmanovun sözlərinə görə, indiyədək səfirliyə Azərbaycan vətəndaşlarının toqquşmalarda iştirakı, yaxud da onların yaralanması haqda məlumat daxil olmayıb: “Lakin biz müraciət edən bütün vətəndaşlara təhlükəsizlik məqsədilə qarışıqlıq olan yerlərə getməməyi məsləhət görürük”.
Qeyd edək ki, Kiyevdə iğtişaşlar fevralın 18-də yenidən başlayıb. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, tibbi yardım üçün 351 nəfər müraciət edib, toqquşmalarda iştirak etmiş 241 nəfər xəstəxanaya yerləşdirilib, 29 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib