Sürücü MAŞININDA YANIB ÖLDÜ
Saatlıda sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyat hadisəsi baş verib. Məmmədabad kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobil su kanalı üzərindəki körpünün beton arakəsməsinə çırpılıb. Qəza nəticəsində avtomobil yanıb. Nəticədə 31 yaşlı sürücü Əhmədov Elşən Telman oğlu aldığı yanıq və bədən xəsarətlərindən hadisə yerində ölüb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
APA TV-nin xəbərinə görə, saha bir yanğın Sabirabadda olub. Rayonun Kovlar kəndində 85 yaşlı Əsgərov Sədullaya məxsus ümumi sahəsi 56 kv.m olan ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
OXŞAR XƏBƏRLƏR
17:21
1115
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1152
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1116
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1281
Niderlanda yeni səfir təyin edildi
18:28
1139
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2022