2 yaşından xəstəliyə tutulan uşağa təcili böyrək köçürülməlidir
Xaçmazın Xudat şəhərində yaşayan 12 yaşlı Murad Vahid oğlu Hacıyev böyrək çatışmazlığından əziyyət çəkir. Uşaqda xəstəlik 10 il əvvəl aşkarlanıb.
Anası Zümrüd Hacıyeva APA TV-yə deyib ki, oğlu dializ xəstəsidir: "Həftədə 3 dəfə dializə aparıram. Dializlə yaşayır. Həkimlər deyir, axırıncı günlərdir. Hökmən böyrəyi dəyişdirmək lazımdır".
Murad üçün böyrək tapılıb: "Öz qohumlarımdandır. Böyrək verən var. Maddi imkanımız olmadığından qalmışam belə".
Muradın atası uzun müddətdir ki, Rusiyadadır. O, vətənə qayıtmır. 12 yaşlı oğlan anasının bu həyatda yaşamaq üçün yeganə təsəllisidir. Muradın müalicəsi üçün 17 000 manat pul tələb olunur. Anasının isə buna maddi imkanı çatmır.
OXŞAR XƏBƏRLƏR
17:21
1115
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1152
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1116
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1281
Niderlanda yeni səfir təyin edildi
18:28
1139
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2022