Zaqatalada TARİXİ MƏSCİD YANDI
Zaqatalanın Muxax kəndində məscidin həyətində yanğın olub. APA TV-nin məlumatına görə, fevralın 18-də kəndin mərkəzi məscidinin həyətində tikilmiş yardımçı tikilidə yığılmış quru ot kütləsi naməlum səbəbdən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının qısa müddətdə məhdudlaşaraq, digər tikililərə keçməsinin qarşısı alınıb. Yardımçı tikilinin 100 kvadratmetr ərazisi və orada olan 300 tay ot bağlaması tamamilə yanıb, xəsarət alan olmayıb.
Fakla bağlı FHN-nin Zaqatala rayon DYMX-də araşdırma aparılır.
Məscid 19-cu əsrin axırlarında inşa edilib. Sovetlər dövründə məsciddən bir müddət anbar kimi istifadə edilib. Məscidin həyətindəki yardımçı tikililər də həmin vaxt inşa edilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib