ŞİRVANDA 17 YAŞLI SÜRÜCÜ QƏZA TÖRƏTDİ
Şirvanda yük maşını ilə minik maşını toqquşub. Hadisə Şirvan-Salyan magistral yolunda baş verib. APA TV-nin xəbərinə görə, Ramil Mehdiyevin idarə etdiyi “İSUZU” markalı ərzaq daşıyan maşın Şirvan sakini, 17 yaşlı Etibar Ələkbərovun idarə etdiyi "QAZ 3110" markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki maşın yoldan çıxaraq, aşıb. Avtomobillər yararsız hala düşüb. Yük maşının sahibinə maddi ziyan dəyib. Etibar Ələkbərov avtomobili sürücülük hüququ olmadan idarə edib.
Etibar Ələkbərov deyib ki, avtomobili sürətlə idarə etməyib, sadəcə maşın idarəetmədən çıxıb. O, sürücülük vəsiqəsi olmamasına belə haqq qazandırmaq istəyib.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1116
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1152
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1116
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1281
Niderlanda yeni səfir təyin edildi
18:28
1139
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2022