Bakıda "Opel" qəza törətdi
Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində sürücünün ara məsafəsini gözləməməsi qəzaya səbəb olub. Sözügedən küçədən "Nərimanov" metro stansiyası istiqamətində hərəkət edən "99 FU 937" dövlət nömrə nişanlı "Opel Astra" "90 NV 899" nömrəli "Mercedes Benz"i arxadan vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
APA TV-nin xəbərinə görə, hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırmalara görə, qəzaya səbəb "Opel Astra" markalı avtomobilin sürücüsünün ara məsafəsini gözləməməsi olub.
Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1130
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1165
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1128
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1283
Niderlanda yeni səfir təyin edildi
18:28
1141
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2024