AEROPORT YOLUNDA DƏHŞƏTLİ QƏZA: 6 AĞIR YARALI VAR
Bakının Suraxanı rayonunda, Heydər Əliyev Prospektinin "Buta Palace" sarayına yaxın hissəsində yol-nəqliyyat hadisəsi baş verib. "10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.
APA TV-nin xəbərinə görə, qəza nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralı 45 yaşlı Zakir Seyfullayev, 34 yaşlı Sulduz Hüseynov, 24 yaşlı Əminə Rəcəbova, 46 yaşlı Ulduz Abdullayeva, 17 yaşlı Fərid Ağalarov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun verdiyi məlumata görə, "Mercedes Benz"in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb.
"Mercedes Benz"in sürücüsü 24 yaşlı Əminə Rəcəbova olub. O, yaralı olduğundan xəstəxanaya aparılıb. Digər sürücü isə ifadə vermək üçün rayon Polis İdarəsinə dəvət olunub. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib