“VAZ-2107” 78 YAŞLI KİŞİNİ VURUB ÖLDÜRDÜ
Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Şıxəkəran kəndi ərazisində qeydə alınıb. Astara şəhər sakini, 26 yaşlı Araz İbrahim oğlu Novruzlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Şıxəkəran kənd sakini, 78 yaşlı Məmmədağa Xudabaxış oğlu Əliyevi vurub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb.
İlkin versiya kimi, hadisənin sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verdiyi bildirilr. Qəzanın dəqiq səbəbləri isə avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.
Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib