Yoxa çıxan təyyarə tapıldı
Nepalda radarlardan itən sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub. Axtarış Xilasetmə Xidmətinin əməkdaşları təyyarənin qalıqlarını cəngəlliklərdə aşkarlayıblar. APA TV-nin məlumatına görə, təyyarənin göyərtəsində olan bütün sərnişinlər ölüb. Nepal Hava Yollarına məxsus təyyarə turist şəhəri Pokxarın aeroportundan ölkənin digər bir şəhəri - Cumula uçurmuş. Təyyarə havaya qalxan zaman hava şəraiti əlverişsiz olub. Səmaya qalxan təyyarə 15 dəqiqə sonra radarlardan itib. Təyyarədə 18 sərnişin, biri azyaşlı və üç ekipaj üzvü olub. Onlardan birinin Danimarka vətəndaşı, qalanlarının Nepallı olduğu deyilir. Xilasedicilər qəzaya uğramış təyyarənin qalıqlarını hazırda havadan helikopterlər vasitəsilə ilə izləyirlər. Onlar qəzanın baş verdiyi ərazinin əlverişsiz yer olduğundan ora enə bilmirlər.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib