Salyanda avtomobil su kollektoruna aşdı, sürücü boğuldu
Salyanda “Jiquli” kollektora aşıb, sürücü suda boğularaq ölüb. Rayon polis şöbəsindən APA TV-yə verilən xəbərə görə, hadisə fevralın 15-də axşam saatlarında Salyanın Kürsəngi kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 65 yaşlı Mais Sandalı oğlu Məhərrəmov Kürsəngi kəndində idarə etdiyi “Jiquli” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Şor su kollektoruna yuvarlanıb. Qəza zamanı avtomobildə olan sərnişin xilas ola bilsə də, sürücü qəzadan yayına bilməyib və hadisə yerində ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Xilasedicilərin köməyi ilə maşın sudan çıxarılıb və sürücünün meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1153
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1189
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1151
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1288
Niderlanda yeni səfir təyin edildi
18:28
1145
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2029