5 gündə 71 nəfər zəhərlənib
Fevralın 15-də sutka ərzində 15 nəfər dəm qazından zəhərlənib. Ümumilikdə isə bu ayın 10-dan 15-nə kimi 71 nəfər dəm qazından zəhərlənib. Bunlardan 49-nun vəziyyəti ağır olduğundan təcili xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər. Stansiyadan verilən məlumata görə, bu müddət ərzində cəmi 3 nəfər qida zəhərlənməsi ilə müraciət edib. İstər qida, istərsə də dəm qazından zəhərlənməyə görə dünyasını dəyişən olmayıb. Dəm qazından zəhərlənmə daha çox həyət evlərində qeydə alınsa da bina evlərində də sayı az olmayıb. Buna isə evlərdə quraşdırılmış su qızdırıcısı səbəb olub.
OXŞAR XƏBƏRLƏR
17:21
1153
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1189
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1151
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1288
Niderlanda yeni səfir təyin edildi
18:28
1145
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2029