Deputatların YUMRUQ DAVASI
Türkiyə Böyük Millət Məclisində (TBMM) Hakimlər, Prokurorlar Birliyi qanununun müzakirəsi olub. Çıxış edən CHP başqanının müavini Bülent Tezcan rüşvət mövzusunda hökuməti tənqid edib. Vaxtının başa çatmasına baxmayaraq tribunadan enməyən Tezcanı xəbərdar ediblər. Yenə də çıxışına davam edən vəkilə AKP millət vəkilləri qarşı çıxıb. Etirazlara əhəmiyyət verməyən Tezcan tribunanı işğal etməyə davam edib. AKP millət vəkili Bayram Özçelik Tezcanın yanına gedib. Aralarındakı mübahisədən sonra Özçelik Tezcana yumruq vurub. Bu zərbədən sonra məclis qarışıb. Dava təxminən 5 dəqiqə davam edib.
OXŞAR XƏBƏRLƏR
17:21
1153
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1189
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1151
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1288
Niderlanda yeni səfir təyin edildi
18:28
1145
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2029