Qəbələnin YÜZ MİNİNCİ SAKİNİ dünyaya gelib
Qəbələ rayonunun yüz mininci sakini dünyaya gəlib. APA TV-nin məlumatına görə, körpə Mirzəbəyli kənd sakinləri Samid və Seyranə Kərimovların ikinci övladlarıdır. Bu xoş xəbəri ailəyə, rayon statistika idarəsi çatdırıb. Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri Qəbələ Rayon Mərkəzi Xəstəxanasına gələrək Kərimovlar ailəsinin sevincinə qoşulublar. Yüz mininci sakinin anası Seyranə Kərimova özünü xoşbəxt hesab etdiyini və bu şərəfin onun övladına nəsib olması ilə qürur duyduğunu bildirib. Xalqa göstərilən diqqət və qayğıya görə, prezident İlham Əliyevə minnətdarlığını bildirən Seyranə Kərimova, rayonun yüz mininci sakini olan övladının adını ölkə başçısının şərəfinə İlham qoyduqlarını deyib.
Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qırmızı Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova gənc ananı təbrik edərək ona gül dəstəsi və xatirə hədiyyələri təqdim ediblər. Rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin müdiri Telli Babayeva rayonun yüz mininci sakininin sağlam doğulduğunu, körpənin çəkisinin və boyunun normaya uyğun olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib