SÜRÜCÜLƏRƏ MÜJDƏ: BAL SİSTEMİ LƏĞV OLUNUR!
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol hərəkəti qaydalarının pozulmasına görə bal sistemin ləğv edilməsi ilə bağlı Prezident Administrasiyasına təkliflər zərfi göndərib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. K. Əliyev qeyd edib ki, təklilər zərfində yol patrul xidmətinin inspektorları ilə sürücü arasında ünsiyyətin minimuma endirilməsi qeyd edilib. Belə ki, sürücülərin müşahidə kameralarında qayda pozuntusu qeydə alınarsa, həmin fakt sürücünün ünvanına elektron sənəd formasında göndəriləcək. Kamran Əliyev həmçinin bildirib ki, yol hərəkət qaydalarının pozulmasına görə bal sisteminin pul cərimələri ilə əvəzlənməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
17:21
1235
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1268
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1228
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1291
Niderlanda yeni səfir təyin edildi
18:28
1150
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2034