Ukrayna müxalifəti Yanukoviçin təklifini rədd etdi
Ukrayna müxalifəti Yanukoviçin onlara etdiyi ortaq hökumət formalaşdırmaq təklifini rədd edib. "Batkivşna"nın lideri Arseni Arsenyuk tərəfdarları qarşısında çıxışında bunları deyib:"Mənə təklif edilən baş nazir postundan imtina edirəm. Hakimiyyət bizə barter anlaşmasına getməyi və ölkədə köklü dəyişikliyə ehtiyac olmadığını deyir. Bunun əvəzində bizə yüksək vəzifələr vəd edir. Lakin mən deyirəm. Biz möhkəm dayanmışıq. Mövqeyimiz də dəyişməyəcək. Biz Ukraynanın gələcəyi üçün məsuliyyət daşıyırıq. Buna görə də Nazirlər Kabinetini özümüz qurmalıyıq".
Ali Rada Yanukoviçin Ukrayna naminə müxalifətə etdiyi bu təklifi humanist addım kimi dəyərləndirib. Müxalifət liderlərinin bəyanatını ölkədə qarmaqarışıqlığı davam etdirmək və ultimatum kimi qəbul edib. Hadisələrin qızışdığı bir vaxtda Avropa birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Kiyevə gəlib. O, prezident Viktor Yanukoviçlə ölkədəki siyasi durumu müzakirə edəcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib