İNDONEZİYADA VULKAN HƏYƏCANI - 200 MİN NƏFƏR EVAKUASİYA EDİLDİ
Dünyanın ən böyük müsəlman dövləti olan İndoneziyanın Yava adasından 200 min insan evakuasiya edilir. Bu barədə hökumət göstəriş verib. Səbəb isə adada təhlükəli Kelud vulkanın yenidən oyanmasıdır. Təxliyə 36 kənddə - vulkanın episentrindən 10 kilometr məsafədə aparılacaq. Artıq bir neçə min insan köçürülüb. Vulkan püskürməyə başlayıb. Daş qırıntıları və torpaq parçaları diametri 15 kilometr əraziyə düşür. Tüstünün qatılaşması nəticəsində 3 beynəlxalq aeroport bağlanıb. Xəsarət alanların olub-olmamsı barədə hələlik heç bir məlumat verilmir. Kelud vulkanı sonuncu dəfə 1990-cı ildə püskürüb. O vaxt bu təbii hadisə nəticəsində 30 nəfər ölmüş, 100-lərlə sakin xəsarətlər almışdı. Daha əvvəllər baş verən püskürmələr də insan ölümlərinə səbəb olub. Oyaq vulkan Yava adasında 1731 metr yüksəklikdə, İndoneziyanın paytaxtı Cakartanın yaxınlığında yerləşir. Kelud ölkənin ən aktiv vulkanları siyahısındadır. İndoneziya dünyada vulkanların aktiv olduğu ölkələr arasında birincidir. Ölkədə 70 oyaq vulkan var.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib