İmişlidə GÜCLÜ YANĞIN
İmişlidə fərdi evdə yanğın olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəlada Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsindən xəbər verilib. Məlumata görə, hadisə rayonun Yalavac kəndində Adil Xəlilova məxsus fərdi yaşayış evində qeydə alınıb. Alov evin dam örtüyündən başlayıb və qısa müddətdə mənzilin yuxarı hissəsini bürüyüb. Hadisə yerinə İmişli rayonu Yanğından Mühafizə hissəsinin yanğından mühafizə xidmətinin 2 ədəd texnikası və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırlıb. Yanğın zamanı 120 kvadratmetr sahəsi olan evin 90 kvadratmetr sahəsi xilas olunub. Hadisənin elektirk naqilindəki qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1235
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1268
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1228
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1291
Niderlanda yeni səfir təyin edildi
18:28
1150
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2034