Ermənilər Ağdam sakininin evini atəşə tutublar
Ermənilər Azərbaycanın işğal altında olan Ağdam rayonunun Şotlanlı və Seyidsulan kəndlərindən ordumuzun mövqelərini və Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Kənd sakini Rasim Qasımovun və onun qohumu Əli Məmmədovun evi zərər görüb. Başqa yaşayış evlərinə də güllələr dəyib.
Kənd sakinləri APA TV-yə deyiblər ki, erməni hərbçilər günün müxtəlif saatlarında kəndi intensiv atəş altında saxlayıblar. Xoşbəxtlikdən yerli camaat arasında xəsarət alan olmayıb.
Ermənilər bir neçə gün əvvəl də Qapanlını intensiv atəşə tutmuşdular. Sözü gedən yaşayış məntəqəsi cəbhə xəttində yerləşdiyindən atəşkəs rejiminin pozulması burada insanların həyatını daimi olaraq təhlükə altına alır.
OXŞAR XƏBƏRLƏR
17:21
1235
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1268
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1228
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1291
Niderlanda yeni səfir təyin edildi
18:28
1150
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2034