Milli Ordunun ZABİTİ GÜLLƏNLƏNİB
Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını güllələyib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib.
APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1249
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1281
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1241
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1295
Niderlanda yeni səfir təyin edildi
18:28
1152
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2036