Sabirabadda yanğın: SAHİBKAR 100 MİN MANAT ZİYANA DÜŞDÜ
Sabirabadda ərzaq mağazası yanıb, sahibkara təxminən 100 min manat ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabirabad Yanğından Mühafizə xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində, rayon sakini Hacıbala Məmmədova məxsus ümumi sahəsi 109 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın dam ortüyünün yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Ehtimal olunur ki, yanğına elektrik naqillərində yaranmış qısa qapanma səbəb olub. Mağaza sahibinin bildirdiyinə görə, yanğın nəticəsində 100 min manat dəyərində əmlakı yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1260
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1292
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1250
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1296
Niderlanda yeni səfir təyin edildi
18:28
1153
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2037